30
декабря
2016
01:44
Döyüş başladı: ermənilər ağır itkilər verir, general-leytenant yaralandı
Ermənistan-Azərbaycan sərhəddində atışma başlayıb.
May.Az-in məlumatına görə, Ermənistan KİV-i iddia edir ki, Tavuş rayonunun Çinari kəndi ətrafında döyüş gedir.
Ermənistan tərəfi snayper və qumbaraatanlardan istifadə edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan sosial şəbəkədə döyüş olduğunu yazıb.
Eyni zamanda, daha bir məlumata görə, Ermənistan silahlı qüvvələri Baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamovun avtomobili Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.
İlkin məlumata görə, düşmən döyüşlərdə ağır itkilər verib.