Müdafiə Nazirliyi əsgər Məmmədovun Tərtərdə necə həlak olduğunu açıqladı
Xeberler 766

Müdafiə Nazirliyi əsgər Məmmədovun Tərtərdə necə həlak olduğunu açıqladı

Müdafiə Nazirliyi əsgər Məmmədovun Tərtərdə necə həlak olduğunu açıqladı


Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçu Məmmədov Sənan Hidayət oğlunun təmas xəttinin Tərtər istiqamətində ötən həftə həlak olması ilə bağlı virtualaz.org saytının sorğusuna cavab verib.

BAKU.WS-in məlumatına görə, nazirlik bildirir ki, əsgər Məmmədov Sənan Hidayət oğlu “döyüş növbətçiliyi qaydalarının kobud şəkildə pozulması” nəticəsində həlak olub. Hazırda faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə Sənan Məmmədovun doğulduğu Culfa rayonunda dəfninə dair videogörüntülər yayılmışdı. Bildirilirdi ki, hərbi qulluqçu düşmənlə atışmada həlak olub.

Son xəbərlər