14
декабря
2019
21:51
Azyaşlı qız oğrunu bağlı evdə qoyub dərsə getdi
Rusiyada azyaşlı qız oğrunu qapısı bağlı evdə qoyaraq dərsə gedib.
Komi Respublikasının Vorkuta şəhərində səkkiz yaşlı qız anasının dostu olduğunu və ona sürpriz hazırladığını deyən oğruya qapını açıb.
Oğru evə girəndən sonra uşaq özü evdən çıxaraq qapını bağlayıb.
REN TV-nin məlumatına görə, küçəyə çıxıb dərsə gedən qız yolda anasına zəng edərək hadisəni danışıb, anası isə polisə xəbər verib.
Hüquq-mühafizə orqanları oğrunu notbuk, planşet, fotoaparat, zinət və digər qiymətli əşyaları torbaya yığdığı zaman tutublar.
Hadisə ilə bağlı istintaq başlanıb.
Məlum olub ki, həmin şəxs daha əvvəl cinayət məsuliyyətinə cəlb edilib.(oxu)