Hansı məhsulların ölkəyə gətirilməsi qadağandır?
30.08.2024 12 0 Admin

Hansı məhsulların ölkəyə gətirilməsi qadağandır?

Gündəm
В закладки

Son zamanlar onlayn ticarətə maraq artıb. İnsanlar almaq istədikləri məhsulu dünyanın istənilən ölkəsindən onlayn qaydada sifariş verib, əldə edirlər. Təkcə geyim yox, mebel, tekstil malları, qab-qaşıq, həmçinin avtomobili də ölkədən çıxmadan ala bilirlər.

Lakin burada yaranan çətinlik ölkəyə gətirilməsi qadağan olunan məhsulların çatdırılması ilə bağlıdır.

Yəni vətəndaş məlumatlı olmadığı üçün məhsulu sifariş verir, ölkə sərhədində aydın olur ki, sifariş verilən məhsulun ölkəyə gətirilməsi qanunla qadağan olunub.

Belə məhsullardan biri də daha çox səyahət zamanı və velosiped sürərkən istifadə olunan kameralı eynəklərdir. Vətəndaşlar bu məhsulu sifariş etsələr də, sərhəddən buraxılmadığını deyirlər.

Ümumiyyətlə, Azərbaycana gətirilməsi qadağan olunan mallar hansılardır? Kameralı və fənərli eynəklərin də gətirilməsi qadağandırmı?

Dövlət Gömrük Komitəsindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür əşyalar xüsusi icazə ilə gətirilir:

"Ölkə ərazisinə gətirilən mallara dair qadağa və məhdudiyyətlər "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli Qanunu və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunu ilə müəyyən olunur.

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanının 2 nömrəli əlavəsinə əsasən, Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyədə olmasına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti) tərəfindən verilən xüsusi icazə əsasında yol verilir".


Комментарии (0)
Добавить комментарий
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Prezident bu qanunları LƏĞV ETDİ
Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və
Azərbaycanda bu tarixlərdə iş olmayacaq - SƏRƏNCAM
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Nazirlər
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə karantin rejimin uzadılması barədə qərar qəbul edib. MAY.AZ xəbər verir ki, qərarda deyilir: Azərbaycan
İcbari tibbi sığorta zərfi: Dərmanlar da pulsuz olacaq?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti icbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfini müəyyənləşdirəcək. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin dekabrın
Azərbaycanda bu şəxslər də küçəyə sərbəst çıxa biləcək - ƏLAVƏ SİYAHI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart

Войти через: