27
сентября
2020
15:20
Roma Papası Cənubi Qafqazda barışığa çağırıb
Roma Papası Fransisk Qafqazda barışığa və Dağlıq Qarabağdakı vəziyyət fonunda hər hansı bir fikir ayrılığının həll edilməsində güc metodlarından imtina edilməsinə dair çağırış edib.
“Report” TASS-a istinadən xəbər verir ki, pontifik bu barədə bu gün ənənəvi xütbəsi zamanı San Pietro meydanında olan dindarlara müraciətində bildirib.
“Qafqazdan həyəcanverici xəbərlər alırıq. Bu bölgədə barışıq olması üçün dua edirəm və münaqişə tərəflərini qardaşlıq və güc tətbiq etmədən bütün problemlərin həllinə dair konkret addımlar atmağa çağırıram”, - o deyib.