24
января
2021
13:24
100 tələbənin təhsil haqqını ödədi
Bir neçə gün əvvəl həyat yoldaşı Aminə Gülşə və qızı Eda ilə Türkiyəyə köçən futbolçu Məsut Özil növbəti xeyriyyə addımı ilə gündəmə gəlib.
BiG.AZ xəbər verir ki, M.Özil valideynlərini itirmiş 100 tələbənin təhsil haqqını ödəyib.
İdmançının bu addımı həyat yoldaşını çox duyğulandırıb:
"Bu, qızım və mənim üçün çox əhəmiyyətli, dəyərli bir hədiyyə oldu. O, məni xoşbəxt etdi".
Futbolçunun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən də böyük rəğbətlə qarşılanıb. Onlar Məsutu çox sevdiklərini yazıblar.
Qeyd edək ki, bir neçə gün əvvəl Məsut Özil İngiltərənin "Arsenal" futbol klubundan "Fenerbahçe"yə transfer olunub.(axşam.az)