08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Samir Piriyevin xanımı məktəb direktorundan şikayətçidir

Samir Piriyevin xanımı məktəb direktorundan şikayətçidir

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəliyeva 42 saylı məktəbin direktorundan şikayət edib.

Axşam.az xəbər verir ki, o, video yayımlayaraq direktorun uşaqlarla kobud davrandığını söyləyib:

"Bir direktor nə qədər bekar ola ki, qapıda dayanıb ətəklərin rənginin açıq və ya tünd olduğuna fikir verə. Hər sinifdə 40-43 uşaq var. Pandemiyadan çıxan ölkədə sinifdə 40-dan çox uşaq olur. Gedin, sinifləri ayırın, uşaqların sayını azaldın, mənasız kitabların, iş dəftərlərinin sayını azaldın. Onda bir zəhmət əlinizdə tərəzi ilə dayanın qapıda çantaların çəkisini ölçün.

42 saylı mətkəbin direktoruna bir əncam çəkən olsaydı valideynlərin də, uşaqların da canı qurtarardı. Yaxşı ki, mən Fərəhin yanında idim. O uşağı orada mənsiz biabır etsəydi, bilmirəm direktoru nə edərdim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də ona sual verdim ki,nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olur. Cavab verir ki, Fərəhin ətəyi ağ rəngdədir. Amma düz demir, çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, sizə rəngləri ayırd edə bilmirsiniz. Mən sizə rəngləri öyrədəcəyəm. Bəlkə gedəsiniz təqaüdə çıxasınız. Artıq rəngləri də tanımırsınız. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızın üstünə qışqırıb".





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница