Türkiyə millisinin futbolçusu "Atletiko"ya keçib
İdman 148

Türkiyə millisinin futbolçusu "Atletiko"ya keçib

Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü İspaniyanın "Atletiko" komandasına keçib.


27 yaşlı müdafiəçi Madrid təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.


Son klubu İngiltərə "Lester"i olan təcrübəli oyunçu La Liqa təmsilçisinə azad agent kimi transfer olunub.


Qeyd edək ki, Çağlar Söyüncü Türkiyədə "Altınordu" və Almaniyada "Frayburq"un da formasını geyinib

Son xəbərlər