01
июля
2024
07:59
Bakı-Qazax yolunda 55 yaşlı qadını avtomobil vurub
Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin vurduğu 55 yaşlı M.Məmmədova xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.