15
октября
2016
12:14
Türkiyədə qadın dayanacaqdan 25 min AZN tapdı - FOTO - VİDEO
Türkiyədə, Edirnəkapıda dünən axşam saatlarında rəfiqəsinin qızı ilə gəzintiyə çıxan Hənifə Öndər avtobus dayanacağında "xəzinə" tapıb.
Milli.Az milliyet-ə istinadən bildirir ki, dayanacaqda sarı bir paket onun diqqətini çəkib. Paketin sahibsiz olduğunu görən Hənifə Öndər ilk olaraq şübhəylə yaxınlaşıb. Əyilərək paketi açan Öndər içərisində dəstə ilə pullar görüb. Avtobus dayanacağının yanında heç kimin olmadığını görən qadın pul dolu paketi götürərək polis idarəsinə gedib. Paketin içində təxminən 25 min Azərbaycan manatı olduğu müəyyən edilib.
Sosial şəbəkədə elan verdi:
Tapdığı pulun sahibinə qaytarılması ən böyük xahişi olduğunu vurğulayan Öndər ''Belə bir halla qarşılaşan hər kəsin bu davranışı etməsini gözləyirəm. Polis məmuru və dostlarım bu hərəkətimə görə məni, onsuz da, təbrik ediblər. Pul üçün adam öldürürlər, nümunəvi davranışınıza görə sizi təbrik edirik" dedilər. Pulun sahibi tapılsa, tanış olmaq istəyirəm. İnşallah, pul yerinə çatar və xoşbəxt olar o şəxs. Restoranda işləyirəm. Alnımızın təri ilə qazandığımız pulu yeyirik. Aşpaz köməkçisiyəm'' paylaşımını edib.
Təhməz Təkin