Abort QADAĞAN EDİLSİN: Bəs "arzuolunmayan" insanın gələcəyinə kim məsuliyyət daşıyacaq?
Cəmiyyət 8

Abort QADAĞAN EDİLSİN: Bəs "arzuolunmayan" insanın gələcəyinə kim məsuliyyət daşıyacaq? - Foto - Açıqlama

Hər bir qadın dünyaya sağlam körpə gətirmək istəyir, hətta bunu özü üçün müqəddəs missiya hesab edir. Çünki qadının, ümumiyyətlə, dişinin təbiət tərəfindən yaradılışı belədir - Ana olmaq!

Azərbaycanda qadınların çoxu bir və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti arzuolunmaz hamiləliyi süni yolla pozurlar, abort etdirirlər. Beləliklə də arzuolunmaz hamiləliyin qarşısını almış olurlar. Statistikaya nəzər yetirdikdə isə abort edənlərin sayının Azərbaycan cəmiyyətində ilbəil daha çox artdığının şahidi oluruq.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən mama-ginekoloq Rəşad Sultanov bildirib ki, abort hamiləliyə görə edilən cərrahi müdaxilədir:

"Hamiləlik baş veribsə mütləq bir şəkildə sonlanmalıdır. Ya sonunu gözləyib normal doğuş edilməlidir, ya da düşük və keysəriyyə üsulundan istifadə edərək hamiləlik sonlandırılmalıdır. Ümumilikdə arzuolunmaz hamiləliyin sonlandırılmasında demək olar ki, ən təhlükəsiz yol abortdu. Hər cərrahi müdaxilədə olduğu kimi abort zamanı da qanaxma, infeksiya, orqan yaralanması və ən sonda ölüm kimi riskli hallar yaşanır. Bizim məqsədimiz abortun qarşısını almaq deyil, arzuolunmaz hamiləliyin qarşısının alınmasıdır. Biz qadınlara abort etməyin demirik, biz onlara qorunun deyirik. Hamilə qaldıqda uşağı dünyaya gətirməmək qadının haqqdır.

Abort QADAĞAN EDİLSİN: Bəs "arzuolunmayan" insanın gələcəyinə kim məsuliyyət daşıyacaq?Abortun bir də etik tərəfləri var ki, bunu insan həyatına qəsd anlandırırlar. Biz bunun fərqindəyik. Lakin bəzi nüanslar var ki, bu gün Azərbaycan cəmiyyəti o nüansları qəbul etmək istəmir. Məsələn qadın var nigahdan kənar hamiləlik yaşayıb. O, abort elətdirməyə məcburdur. Çünki, uşağı dünyaya gətirdiyi təqdirdə onu böyük bir cəmiyyət qınağı gözləyir. Bu gün Azərbaycanda abortu qadağan etsək, qanunsuz abort edən müəssisələr qeyri leqal fəaliyyət göstərməyə başlayacaq. Bu zaman da daha böyük problemlərlə qarşı-qarşıya qalacağıq.

Rəşad Sultanov vurğulayıb ki, tibb müəssislərində edilməsi şətri ilə 12 aylığa çatmayan uşaqların abort edilməsinə qanun icaze verir:

"Bunu bir həkim olaraq qeyd etmək istəyirəm ki, əgər biz abort edən qadını qınayırıqsa ilk növbədə özümüzə sual verməliyik. Bu uşaq dünyaya gəldikdən sonra onun gələcəyi haqqında olan məsuliyyətin cəmiyyət olaraq öhdəsindən gələ biləcəyikmi? Biz uşağı dünyay gətirmək istəməyən qadının cəmiyyət olaraq problemini həll edə biləcək gücə sahibikmi? Biz öncə bu sualları cavablandırmalıyıq. Daha sonra abortun qadağan edilməsi məsələsinə baxılmalıdır".




Son xəbərlər

Helen
Helen 21 сентября 2024 07:01

may.az

0