17
сентября
2018
20:47
Kafedə söyüş üstündə adam bıçaqlayan şəxsə ağır cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Eldar Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Xəlilov yeddi il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, E. Xəlilovun Bakıda yerləşən kafelərin birində əvvəlcədən tanımadığı İlham Hüseynlə aralarında mübahisə yaranıb. Söyüş üstündə yaranan mübahisədə qan tökülüb.
Belə ki, E. Xəlilov üzərində gəzdirdiyi bıçaqla İ.Hüseyni vurub. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.