03
апреля
2020
21:51
"Koronavirusdan qorxmuram" - İbrahimoviç
Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç klubdan ayrılacağı barədə yayılan xəbərə münasibət bildirib.
MAY.AZ Sportal.az-a istinadən xəbər verir ki, isveçli hücumçu hazırda futbol barədə düşünmədiyini deyib:
"Hazırda karyermı bitirmək mövzusunda nə düşündüyümü özüm də bilmirəm. Nələr olacağını görəcəyik. "San-Siro"da oynamaq çox gözəldir. Həyatdan həzz almağa çalışıram. Koronavirusdan qorxmuram. Ailəm yaxşıdırsa, deməli, mən də yaxşıyam. Futbol dayandırılıb. Dəhşətlidir, amma bu qərara hörmət edib, gözləməliyik".