Maykl Ceksonun qardaşı vəfat edib

Maykl Ceksonun qardaşı vəfat edib
Şou-biznes 0

Maykl Ceksonun qardaşı Tito sentyabrın 15-də dünyasını dəyişib. O, ürək çatışmazlığından vəfat edib.

Oxu.Az bu barədə Starhit.ru-ya istinadən xəbər verir.

Məlumata görə, Tito son ana qədər yaradıcılıqla məşğul olub və çıxışlar edib.

Ölümündən əvvəl Tito qardaşları Ceki və Marlonla birlikdə "The Jacksons" kimi çıxış edirdi və bu ilin yayında ABŞ və İngiltərədə konsertlər vermişdi. Sentyabrın 8-də onlar İngiltərənin Surrey şəhərində çıxış etmişdilər. Oktyabrın 25-də Nyu-Cersinin Atlantik-Siti, noyabrın 1-də isə Ohayonun Sinsinatti şəhərində çıxışları planlaşdırılmışdı.

Xatırladaq ki, 2024-cü ilin iyulunda "The Jacksons" Bakıya səfər etmişdi.

Maykl Ceksonun qardaşı vəfat edib

Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив