19
сентября
2024
08:57
Çayın yanına yaraşacaq dadlı peçenye resepti - VİDEO
Artıq payızın gəlişinə çox az qalıb. Buna görə də sərin kokteyllərdən çox isti piroqlar, peçenyelər daha çox istənilir.
Milli.Az lent.az-a istinadən bu dəfə sizə çayın yanında yeyiləsi dadlı peçenye reseptini sizinlə bölüşür.
Lazım olan ərzaqlar:
120 q kərə yağı 82%
60 q şəkər tozu
10 q vanil şəkər
Bir çimdik duz
1 yumurta
160 q un
20 q qarğıdalı nişastası
0,5 çay qaşığı qabartma tozu
1 çay qaşığı kakao (toz)
İçlik üçün 200 q karamel
Hazırlanma prosesinə aşağıdakı videoda baxa bilərsiniz.