» » » İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verdi

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verdi

14.02.2021
56
0

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Başsağlığında bildirilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı.
Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Rəylər (0)
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Youtube səhifemiz
Statistika
+0  
Xəbərlər: 10078
+2  
Rəylər: 6605
+82  
İstifadəçilər: 58887

Onlardan:
Rəhbər: 2
Moderator: 0
Jurnalist: 1
Tesdiqlənən: 0
Istifadəçilər: 58883

Qeydiyyat olunub:
Bu gün: 82
Dünən: 210
Həhtə ərzində: 636
Ay ərzində: 4278