^
U

"Ölən də, öldürən də bizimdir"-Könül Yusifqızıdan Masallıdakı qətllə bağlı AÇIQLAMA


Son zamanlar xəbər portallarının manşetlərini qadına şiddət mövzusu təşkil edir. Xüsusilə yanvarın 29-da Masallının Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı yayılan xəbərlər hər kəsi sarsıtdı.

Sözügedən məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən aktrisa, aparıcı Könül Yusifqızı baş vermiş hadisəni böyük faciə kimi qiymətləndirib:

"Bu təkcə həmin gəlinin və onun həyat yoldaşının faciəsi deyil. Bütünlükdə cəmiyyətimizin faciəsidir. Valideynlərin həddi-buluğa çatmamış bir övladı ərə verməsi birbaşa cinayətdir. Bütün bunların başında savadsızlıq durur. O iki uşaq ailə qurmağa hazır deyildilər. Onlar oxumalı, özlərini nələrdəsə sübut etməli idilər. Onlar ailə olaraq, nəsil olaraq iki gəncin məhv olmasına göz yumublar. Orada İcra hakimiyyəti bildirdi ki, biz toydan xəbər tutan kimi polisə xəbərdarlıq etdik. Polis təbii ki, bu toyun qarşısını ala bilməzdi. Çünki böyük bir məclis qurulub və el-camaat orada toplaşıb. Rayonlarda , bölgələrdə bu məsələlərə elin, nəslin ağsaqqalı qərar verir. Çox zaman adiyyatı qurumlar müdaxilə edə bilmir. Lakin göründüyü kimi, həmin ağsaqqalların öz övladlarının bədbəxt etmələrinə səbəb olublar. Çox böyük bədbəxtlikdir. Birinin həyatına son qoyulub, digərinin də ömrü həbsdə çürüyəcək. İllər sonra o azadlığa çıxanda da artıq bu cəmiyyət üçün yararsız olacaq.

Son zamanlar baş verən bu kimi hadisələr onu göstərir ki, cəmiyyətimizdə maariflənməyə doğru heç bir addım atılmır. Bunu nə media edir, nə müğənnilər, nə aktyorlar, nə də ictimai adamlar. Heç birimiz etmirik. Bu cəmiyyətdə yaşayırıqsa, baş verən hadisələr hamımızın faciəsidir və nələrsə etməliyik. Hər kəs üzərinə düşən o kiçik maariflənməni etsə, cəmiyyətimiz bu qədər cahilliyə doğru getməz. O insanların heç nədən xəbəri yoxdur, tayfa təfəkkürü ilə yaşayırlar. Nə qədər ki, bu təffəkkür davam edəcək, hələ çox faciələr görəcəyik. Qohum evliliklərinə və erkən nigahlara son qoyulmalıdır. Belə ailələrdə doğulan uşaqlardan da nəsə gözləyə bilmərik. Uşaqlarını erkən yaşda ailə qurmağa sövq edən insanlar ən ağır cəza ilə cəzalandırılmalıdırlar. Böyük məbləğdə cərimələr olmalıdır. Ölən də, öldürən də bizimdir. Bu işə həssas yanaşsaq, məncə nələrsə etmək olar".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 892 Tarix: 4-02-2020, 01:06
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az