16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Qadın viagrasına" icazə verən ilk ərəb ölkəsi

"Qadın viagrasına" icazə verən ilk ərəb ölkəsi
"Qadın viagrasına" icazə verən ilk ərəb ölkəsi


Kimyəvi olaraq "flibanserin” olaraq bilinən dərmanın istifadəsinə ilk dəfə 3 il əvvəl ABŞ-da icazə verilib. Hazırda Misirdəki yerli dərman şirkəti bu dərmanı satmağa başlayıb.

Medicina.az xəbər verir ki, şərti adı Leyla olan 30 yaşlı misirli qadın BBC-yə danışan mühafizəkar evdar xanımdır. Misirdəki bir çox qadınlar kimi, o da cinsi problemlər haqqında danışmaqdan çəkinib.

"Başım fırlanmağa başladı və ürəyim çox sürətli döyündü”. Bu sözləri Misirdə" qadın viagrası "olaraq bilinən həbdən ilk dəfə istifadə edən Leyla bildirib. Onun sözlərinə görə, 10 illik evliliyin sonunda, sadəcə maraqdan bu dərmanı istifadə etmək qərarına gəlib.

"Heç bir sağlamlıq problemim yoxdur. Əczaçı mənə bir neçə həftə hər gecə qəbul etməyimi və əks təsirləri olmadığını dedi. Həyat yoldaşım və mən nə olacağını görmək istədik. Bir dəfə sınadım. Bir də heç vaxt qəbul etməyəcəm!"

Misirdə boşanmaların sayı sürətlə artır və yerli media bunun cütlər arasındakı cinsi problemlərlə əlaqəli olduğunu söyləyir. Ölkədə bu dərmanı istehsal edən firma, Misirdəki hər 10 qadından üçünün cinsi istəyinin az olduğunu qeyd edib.

Qahirədə əczaçı işləyən Muradın sözlərinə görə isə həbi almağa gələnlərə onun əks-təsirlərindən söz açıb, almamağa səsləyir. Lakin gündə 10 nəfərə yaxın sırf bu dərmanı almaq üçün aptekə gəlir. Onların əksəriyyəti kişilərdir. Çünki qadınlar dərmanı almağa utanırlar. Kişilər isə onu "çəhrayı həb” adlandırırlar.

İstehsalçılar isə dərmana "qadın viaqrası” deyilməsini qəbul etmir. Viaqra kişilərin cinsiyyət orqanını sərtləşdirmək üçün qan axımını pompalayır. Flibanserin isə beyindəki kimyəvi maddələri tənzimləyir, həm də antidepressant təsirli və cinsi istək artırmaq üçün istifadə edilir.

Misirli seksoloq Heba Kotb qadınlara bu həbi məsləhət görməyib: "Fiziki və psixoloji problemləri olan qadınlar üçün bu heç vaxt işə yaramır. Qadınlar üçün seks emosional bir prosesdir. Hər şey başdan başlanır. Bir qadının əri ona pis rəftar edərsə, bu qadın heç vaxt sağlam seks yaşaya bilməz. Onu aradan qaldıran bir dərman isə yoxdur”

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница