• USD: 55.2987
  • EUR: 52.7379
  • BYN: 22.2952
  • KZT: 11.5957
  • UAH: 14.9780
  • TRY: 29.8581

Üz dərisini ləkələrdən təmizləyən EFFEKTLİ TƏBİİ VASİTƏ

Üz dərisini ləkələrdən təmizləyən EFFEKTLİ TƏBİİ VASİTƏ
Üz dərisini ləkələrdən təmizləyən EFFEKTLİ TƏBİİ VASİTƏ


Göl süngəri çox effektli təbii kosmetoloji vasitə sayılır. Bioloji aktiv maddələrlə olduqca zəngin olan göl sündəri dəriyə bərpaedici, cavanlaşdırıcı, iltihabəleyhinə təsir göstərir, dəridə qan dövranını yaxşılaşdırır.

Göl süngərinin dəriyə təsiri:

- dərini ölmüş hüceyrələrdən təmizləyir

- ağardır

- piy vəzilərin fəaliyyətini azaldır, yağlı dərinin pis parıltısını götürür

- qırışları hamarlayır

- məsamələri təmizləyir

- sızanaqları qurudur

- iltihabı azaldır

- sızanaqlardan qalan ləkələri, çapıqları yox edir

- hematomaları, qançırları müalicə edir.

Göl süngəri güclü vasitə sayılır. Bu səbəbdən istifadə etdikdən əvvəl göl süngəri az miqdarda suda həll edib dərinin kiçik hissəsinə çəkin, 15 dəqiqə gözləyin və sonra yuyun. Dərinin reaksiyasına 1-2 gün ərzində nəzarət edin. Dəri bir qədər qızararsa, bu normal sayılır. Lakin qızartı çox olarsa, dəri güclü qaşınarsa və dəridə şişkinlik əmələ gələrsə, vasitədən istifadə etməyin.

Dəridə istənilən yara, xora, irinli sızanaqlar, damarlar toru varsa, bu vasitədən istifadə etməyin.

Göl süngəri əsasında maskalar:


Sadə maska

Apteklərdə satılan göl süngəri tozu az miqdarda ilıq mineral su ilə qarışdırılır (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkilir. Dərini sürtmək olmaz! 15-20 dəqiqədən sonra maskanı ilıq axar su ilə yuyun.

Bu maska dərini cavanlaşdırır, təravətləndirir, rəngini yaxşılaşdırır, təmizləyir. Həftədə 2 dəfə istifadə etmək olar.

Göl süngəri + 3%-li hidrogen peroksid ("perekis")

Bu çox güclü maskadır. Piqment ləkələri, sızanaqlardan qalan ləkələri yox edir, dərini xeyli təmizləyir və hamarlayır.

Göl süngəri "perekis"lə qarışdırılır və üz dərisinin problemli hissələrinə (bütün dəriyə yox!) çəkilir. Belə proseduraları həftədə 2-3 dəfə etmək olar. Müalicə kursu dərinin vəziyyətindən asılı olaraq - 5-15 maska təşkil edir. Maskanı üz dərisinə kiçik qubka və ya fırça ilə çəkin.

15 dəqiqədən sonra maskanı axar suyun altında yuyun.

Göl süngəri istifadə etdikdən sonra dəri bır qədər qızarır və bir müddətdən sonra qabıq verməyə başlayır. Bu normaldır. Müalicə zamanı dəriyə gün şüaları düşməməlidir.
Qadın dünyası
Bu kişilərə ərə getməyin

Bu kişilərə ərə getməyin..

Evlilik həyatımızda verdiyimiz ən önəmli qərarlardan biridir. Sevgi bəzən insanın gözünü kor edə bilər...

Qadın dünyası
КАК СТАТЬ БОЛЕЕ ЭФФЕКТИВНЫМ И ПРОДУКТИВНЫМ?

КАК СТАТЬ БОЛЕЕ ЭФФЕКТИВНЫМ И ПРОДУКТИВНЫМ?..

Регулярный стресс не только лишает вас простых радостей жизни, но и негативно влияет на вашу...

Qadın dünyası
Hamilə qadın namaz qılmaqdan azaddırmı?

Hamilə qadın namaz qılmaqdan azaddırmı?..

Hamilə qadın namaz qılmaqdan azaddırmı? Əgər namaz əməllərini yerinə yetirmək ona çətindirsə, nə...

Qadın dünyası
Körpələrin göbək bağını gec kəsməyin FAYDALARI

Körpələrin göbək bağını gec kəsməyin FAYDALARI..

Körpələrin göbək bağının gec kəsilməsinin nə qədər faydalı olduğunu bilirsinizmi? MAY.AZ medicina.az-a...

Qadın dünyası
Məşhur brendlər artıq maska tikirlər

Məşhur brendlər artıq maska tikirlər..

Dünyanın məşhur brendləri koronavirus infeksiyasından sonra mağazalarını və fabriklərini bağlayıb....

Qadın dünyası
Sinəsini böyütmək istəyən xanımlar üçün məşqlər - FOTOLAR

Sinəsini böyütmək istəyən xanımlar üçün məşqlər -..

Bir çox qadın döşlərinin kiçikliyindən şikayətçidir. Ancaq bir az səbr və məşqlərlə sinənizi böyüdə...

Rəylər (0)