16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Evdə hazırlaya biləcəyiniz təmizlik məhsulları: Bu üsullar olduqca rahatdır

Evdə hazırlaya biləcəyiniz təmizlik məhsulları: Bu üsullar olduqca rahatdır

Evdar xanımlar müntəzəm olaraq, evdə onların işlərini asanlaşdıracaq bir çox üsullar tapırlar. Marketlərdə satılan bahalı kimyəvi təmizləyicilərdənsə, ev şəraitində hazırlanan təmizlik məhsullarına üstünlük verirlər. Bu təmizlik məhsulları mikrobları məhv etməklə yanaşı, sağlamlıq üçün də zərərli olmur. 

May.az xarici KİV-ə istinadən mükəmməl təmizliyin gizli sirlərini təqdim edir:

1. Ev əşyalarında, qazda, sobada yaranan ərpləri aradan qaldırmaq üçün

Ərpi yox etmək üçün soda və ya sirkədən istifadə edə bilərsiz. Xüsusilə alma sirkəsi daha çoxdur. Paltaryuyan və qabyuyan maşınların sistemində yaranan ərpi təmizləmək üçün yuyucu toz bölməsinə 2 çay stəkanı alma sirkəsi töküb minimum zamanda işlədin.

2. Quru ləkələri təmizləmək üçün

Qurumuş və bərkimiş ərpi təmizləmək üçün soda ilə limon duzunu və ya sirkəni qarışdırmaq kifayətdir. Qarışımı süngər üzərinə töküb qurumuş ləkələri sürtün. Bu qarışıqdan həm də qabyuyan maşında istifadə edə bilərsiniz.

3. Kiflənmiş əşyaları təmizləmək üçün

Alma sirkəsi kifdən xilas olmağınıza kömək edə bilər. Maye halında qarışımı kifli yerlərə tökün. Bir az gözləyin və həmin yeri sərt süngərlə silin. Nəticəni gözlərinizlə görəcəksiz.

4. Hamam otağında saralmış divarlar

Hamam otağını təmizləməkdən yorulmusuz? Daim su içərisində olan yerdə bu qədər ərp hardandır? Elə isə bir qaba 1 stəkan alma sirkəsi, 1 stəkan qaynar su və çox az təmizləyici maye tökün. Qarışımı köpüklənənə qədər qarışdırın. Duş başlığını həmin maye ilə dolu qaba qoyub 10 dəqiqə gözləyin. Hamamdakı, tualetdəki başqa metal əşyalarınızı da saf alma sirkəsi və süngərlə təmizləyə bilərsiniz.

 





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница