16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Payız depressiyasından belə qurtulun

Payız depressiyasından belə qurtulun
Payız depressiyasından belə qurtulun


Payız və qış aylarında insanlarda enerji azalır, daha sıxıcı və sakit həyat tərzi yaranır. Payız depressiyasına daha çox qadınlarda rast gəlinir. Buna səbəb isə soyuq aylarda günəş enerjisinin olmamasıdır. Payızda azalan günəş şüası serotonin hormonunun azalmasına səbəb olur və depressiyaya yol açır. Digər depressiya səbəbləri isə işlərin çox olması, havanın soyuması və daha tez qaralması ola bilər.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, depressiyada olduğunuzu anlamanın bir neçə yolu var. Əgər aşağıda sadalanan hallar sizdə də varsa, deməli artıq depressiyadasınız.

1. Enerjinin azalması

2. Gün ərzində yorğun hiss etmək

3. Səhər oyanmaqda çətinlik çəkmək

4. İşləmək istəməmək

5. Əvvəl zövq alınan işlərdən indi imtina etmək

6. Kədər və təəssüf hissi

7. İştahın azalması

8. Tez əsəbiləşmək

Payız depressiyasından qurtulmağın bir neçə yolu var:

Səhər saatlarında otağınıza düşən günəş şüasından yararlanın.

Buludlu günlərdə belə səhər və axşam açıq havada 20-30 dəqiqə gəzməyə vaxt ayırın.

Gün ərzində idmanla məşğul olmağa çalışın.

Sağlam qidalanın. Sizi xoşbəxt edəcək qidalardan istifadə edin.

İşlədiyiniz zaman tez-tez fasilələr verin.

Etdiyiniz zaman xoşbəxt olduğunuz işlərlə məşğul olun.
Çox yatmağın faydası yoxdur. Səhər tez oyanmağa çalışın.

Özünüzü sevin və dəyər verin.

Əgər depressiya uzun müddət davam etsə, psixoloqa müraciət etməkdə fayda var.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница