^
U

Bağırsağın müalicəsi


Hal-hazırdakı dövrümüzdə insanlar bağırsaq xəstəliklərindən çox əzab çəkirlər.Ya bağırsağı yumaqla,ya başqa bir çarə ilə canlarını müəyyən müddət qurtara bilirlər.Mən sizə təbii yolla bağırsaq xəstəliklərindən can qurtarmağın yollarını öyrədəcəm.

Yarpızın yarpaqlarını xırdalayıb 2 xörək qaşığı, yarım litrlik çaynikdə dəmləmək və ondan gündə bir neçə dəfə,hər dəfədə yarım stəkan içmək bağırsaq ağrılarının kəsilməsi üçün faydalı hesab edilir.

Heyvanı təmizləyib qaynadırlar,sonra sıxıb suyunu çıxarırlar.Bu sudan adi qayda üzrə araq çəkirlər (gülab kimi).Bu araqdan gündə 1 neçə dəfə,yarım stəkan qəbul etmək bağırsaq xəstəliklərinə kömək edir və bağırsaq sancılarının kəsilməsinə səbəb olur.

Bağırsaqda yara olduğunu müəyyənləşdirdikdən sonra,onu belə müalicə etmək olar:Şüyüdü sıxmaqla,ondan bir stəkan şüyüd suyu əldə etmək lazımdır.Onu 5 çay qaşığı təmiz balla (beçə balı olsa daha yaxşı olar) yaxşıca qarışdırmaq,alınan mayedən səhər və axşam yarım stəkan qəbul etmək,öz müsbət nəticəsini göstərəcəkdir.

Bağırsaq xorası xəstəliyi adama əzab-əziyyət verən əlamətlərdəndir.Onu dəf etmək üçün ulularımız sadə,lakin kəsərli vasitələrdən istifadə etmişlər.Bu məqsədlə bağayarpağını döyüb,sıxıb suyunu çıxarmaq və onu eyni miqdarda balla qarışdırıb imalə etmək məsləhət görülmüşdü.Bununla yanaşı həmin qarışıqdan bir neçə gün səhərlər acqarına yarım stəkan içmək vacib sayılır.Müalicə 3-4 gün davam etməlidi.

Bağırsaq xəstəliklərinin ən əlverişli dərmanlarından biri də zəncirotu sayılır.Ulularımız məsləhət görmüşlər ki,zəncirotunun xırdalanmış kökündən 2 çay qaşığı götürüb bir stəkan qaynadılıb soyudulmuş suda (yəni dağ suda) 8 saat saxlayın,sonra onu süzüb təmizləyin.Ondan gündə 3 dəfə yeməkdən qabaq yarım stəkan için.Onun şəfaverici əhəmiyyətini dərhal hiss edəcəksiniz.

Əgər bağırsağınızda yara varsa,xalq təbabətinin sehirli təsirindən istifadə etməyi unutmayın.Bir dəstə qurudulmuş əvəliyi ovxalayın.Onu bir litr inək südü ilə qarışdırıb qaynadın.Bu qaynamadan gündə 3 dəfə,hər dəfədə bir stəkan için.Bu müalicəni 15 gün davam etdirin .Nəticədə həmin bəladan xilas olacaqsınız.

Yoğun bağırsaqda iltihab prosesi başlayıbsa onun qarşısını almaq üçün turkəçarə dərmanları da kara gəlir.Belə ki,dərgil (itburnu) yağı qarışdırılmış ilıq su ilə imalə etmək və bu müalicəni bir neçə gün davam etdirmək sizə şəfa verəcəkdir.

Onikibarmaq bağırsağın xəstəliyinə düçar olanlar belə etsələr yaxşı olar:əriyin tumunu (çəyirdəyini) çıxardıb onun lətini əzib,şirəsini çıxarmaq və gündə bir neçə dəfə,hər dəfədə yarım stəkan içmək xeyirli nəticəyə gətirib çıxarır.Bu məqsədlə vaxt aşırı ərik yemək də məsləhət görülür.

Rus xalq təbabətçiləri ta qədimdən qarın ağrısının belə bir müalicəsini tətbiq edirlər:Əvvəlcə isti suya bir qədər bitki yağı qarışdırıb imalə edirlər.Sonra xəstəyə istiotlu nanə və ya zirə içirdirlər.Bundan sonra qarın nahiyəsini kamfora spirti ilə ovxalayırlar.Bu müalicə bir neçə dəfə təkrar edildikdən sonra ağrılar sakitləşir.

Qarın ağrısı zamanı başqa bir mülicə də tövsiyyə olunur.Narın qabığını qaynadırlar və onu tənzifdən keçirirlər,ona özü miqdarda şəkər qarışdırıb gündə 3 dəfə,hər dəfədə yarım stəkan içirlər.Bir neçə gündən sonra qarın ağrıları kəsiləcəkdir.

Əzgili (yabanı əzgil daha yaxşı olar) qaynadıb suyunu tənzifdən keçirib,şüşə qaba yığmaq lazımdır.Qarın ağrısı zamanı həmin sudan yeməkdən sonra gündə 3 dəfə,hər dəfədə 1 çay qaşığı içmək qarın ağrısının qənimidir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Qadın dünyası Oxunub: 943 Tarix: 19-01-2018, 21:38
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az