16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İlk Dodaq Boyasından (Pomada) Kim İstifadə Edib?

İlk Dodaq Boyasından (Pomada) Kim İstifadə Edib?
İlk Dodaq Boyasından (Pomada) Kim İstifadə Edib?


Dodaq boyasının tarixi Mesapatomiyaya qədər gedib çıxır.

Ancaq onu kimin icad etdiyi haqda dəqiq məlumat olmasa da qaynaqlarda ən qədim dodaq boyama mədəniyyəti 5000- il əvvələ təsadüf edir. Belə ki, sözü edilən illərdə qadınlar dəyərli daşları əzərək əldə etdikləri rəngdən dodaqlarını boyamaq üçün istifadə etmişlər.

Qədim Misir xalqının mədəniyyətində isə dodaq boyasından istifadə kral və şahzadə ailələrinə mənsub olmuş və əsasən qırmızı, bənövşəyi rənglərlə bərabər yoddan istifadə edərək dodaq boyası əldə edilmişdir. Eyni zamanda Kleopatranın böcək və qarışqa şirəsindən boya kimi istifadə etdiyi bilinir.

Orta əsrlərdə Kilsənin təkidi ilə dodaq boyası qadağan edilsə də, 16 əsrdən sonra birinci Elizabethin zamanında bu mədəniyyət sərbəstləşdirilmişdir. O zamana qədər bal və qırmızı boyadan istifadə edən qadınlar birinci Elizabethdən sonra qara dodaq boyasına üstünlük vermişlər.

Müasir dodaq boyasının təmələrini qoyan ölkə Fransa olmuşdur. İlk olaraq dodaq boyasını paketləyən bu ölkə 1884-cü ildə ipək bağlama ilə onu satışa çıxarmışdır. Hind və maral yağının qarışımından əldə edilmiş bu məhsul tez bir zamanda Parisdən, Avropaya yayılmışdır.

1920-ci illərdə yenidən populiyarlaşan qara dodaq rəngi filimlərin də təsiri ilə daha da rəğbət qazanmışdır. 1930-cu illərdə bu günkü şəklinə bənzər boyalar şüşə qablarda satılmağa başlanmış, 1940-cı illərdə isə ABŞ da böyük maraq qazanaraq ən çox satılan məhsullardan olmuşdur.

Nəticədə dodaq boyasının son halı, yəni burularaq uzanan ilk boya da ikinci dünya müharibəsi ərəfəsində icadedilmiş və bəhsolunan illərdən sonra hər qadın artıq çantasında dodaq boyası gəzdirməyə başlamışdır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница