16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Tahir İmanov: "Murad Dadaşov 600 nəfər işçisinə maaş verə bilmirsə, çəkilsin qırağa, işləməsin"- VİDEO

Tahir İmanov: "Murad Dadaşov 600 nəfər işçisinə maaş verə bilmirsə, çəkilsin qırağa, işləməsin"- VİDEO
Şən Hazırcavablılar Klubunun üzvü (KVN), Əməkdar artist Tahir İmanov "Xəzər" televiziyasının rəhbəri, Xalq artisti Murad Dadaşovun bir müddət əvvəl Musiqi Forumunda səsləndirdiyi "Telekanal olaraq maarifləndirməliyik, amma ay sonu "Xəzər TV"nin 600-ə yaxın işçisinə maaş verməliyəm" sözlərinə sərt şəkildə reaksiya verib.
Bizim.Media xəbər verir ki, İmanov qonaq olduğu "YouTube"da yayımlanan "AStar" layihəsində Dadaşovun fikirlərinin yalnış olduğunu bildirib.
"Bu, ayrı-ayrı mövzulardır. Murad Dadaşovun söylədiyi "Telekanal olaraq maarifləndirməliyik" cümləsində nöqtə olmalıdır. Vergül "amma" olmalı deyil. Mən razı deyiləm. Mən Azərbaycan Respublikasının vətandaşı, siravi, kiçik... Hamısını qoyuram bir kənara. "Maariflənmək vacibdir" və nöqtə", - deyə Əməkdar artist vurğulayıb.
Lahiyənin aparıcısı Ülvira Qarayevanın "Bəs Murad Dadaşov kanalda çalışan 600-ə yaxın işçinin maaşını necə versin?" sualına Tahir belə cavab verib:
"Çəkil qırağa, işləmə. Özəl televiziyalar bağlansın və ya birləşsin. Eyni formatda nə qədər axı kanal ola bilər. Televiziyalar bir-birindən format baxımından ayrılmalıdır. İstənilən telekanala format verilsin. Biri əyləncəli, digəri yumoristik, başqası da yumoristik olsun və sayra...
"Viniqred" olanda belə olurdu... Mən onu bilirəm ki, bayağı musiqini təbliğ etməklə iş düzəlməyəcək. Bu çox böyük problemlərə gətirib çıxaracaq. Artıq gətirib çıxarıb. Burada xüsusi bir yanaşma olmalıdır. Əgər həmin o kanallar aralarında danışsalar, "Centlemen" müqaviləsi bağlasalar, biz yalnız əsl mədəniyyətimizi, musiqimizi, sənətkarları təbliğ edəcəyik... İnanın mənə ki, tamaşaçılar ona da baxacaq, onlar da reytinq gətirəcək, öz işçilərinə maaş verə biləcəklər. Məsələ bundadır".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница