16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir

Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir
Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir


"Təzəpir" məscidində Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.

BAKU.WS APA-ya istinadən, vida mərasimində mərhumun yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Q. Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyası bölməsinə yerləşdirilib. Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Xalq artisti iyunun 26-da xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.

Qəndab Həbib qızı Quliyeva 1949-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Teatrın səhnəsində Leyli ("Leyli-Məcnun”), Əsli ("Əsli və Kərəm”), Ərəbzəngi ("Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar ("Gəlin qayası”), Xanəndə qız ("Vaqif”) rollarını yaradıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница