16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yalnız CinemaPlus-da səbirsizliklə gözlənilən "Dayı" türk dramı

Yalnız CinemaPlus-da səbirsizliklə gözlənilən "Dayı" türk dramı
CinemaPlus kinoteatrlar şəbəkəsində 17 fevraldan, çox səbirsizliklə gözlənilən və Türkiyədə məşhurlaşan "Dayı: Bir Adamın Hikayesi" türk dramın nümayişi başlayır.
kino.may.az xəbər verir ki, filmdə baş rolu "Ezel" serialında "Dayı" obrazı ilə tanınan Ufuk Bayraktar canlandırıb. Onu tamaşaçılardan yüksək qiymət alan gözəl aktrisa Gizem Karaca Ermekçi müşayiət edir.
Rejissor və ssenari müəllifi: Uğur Bayraktar.
Film haqqında qısa məlumat: Uşaqlıqdan Cevahir ədalət hissi yüksək olan nadinc bir oğlan idi. O, heç vaxt zəifləri incitməzdi, amma macəralara qarışmağı xoşlayırdı. Qəhrəman böyüyəndə valideynlər oğlana doğma kəndindən İstanbula getməyi məsləhət görürlər. Orada o şəhərlilər üçün qəhvə dəmləyən Seyfi adlı kişinin yanında işləməyə başlayır. Əvvəlcə hər şey yaxşı gedir, amma tezliklə böyük şəhər oğlanı həyatın ən çirkin tərəfləri ilə üz-üzə qoyur. Uşaqlıqda olduğu kimi ədaləti müdafiə etməyə çalışan qəhrəman quldurlarla qarşılaşmağa başlayır. Yalnız indi adi bir kənd oğlanı cinayətkarlara layiqli cavab verə bilmir, ona görə də çox keçmədən Cevahir özü cinayət yoluna düşür. Dürüstlüyü, mərdliyi və ədaləti ilə müəyyən dairələrdə hörmət qazansa da, eyni zamanda özünə çoxlu təhlükəli düşmənlər də qazanır.
"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница