Воскресенье
окт 31

Uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı YENİ XƏBƏR - VİDEO


Özü hələ uşaqdı amma qeysəriyyə yolu ilə uşaq dünyaya gətirdi. Söhbət , deyərdim ki,dünəndən ölkənin gündəminə çevrilən 11 yaşlı Aysundan gedir. Atalığı tərəfindən təcavüz edildiyi iddia olunan bu balaca qızcığaz hazırda Bakıda Respublika Klinik Xəstəxanasındadır. Özünün vəziyyəti normal olsa da, dünyaya gətirdiyi körpə reanimasiyadadır.
Videoda 11 yaşlı Aysun ata nənəsinə başına gələnləri danışır. Daha doğrusu atalığı tərəfindən necə təcavüzə məruz qalmasından. Hiss olunur ki, qorxur, nədənsə tərəddüt edir, amma sualları aramla da olsa cavablandırır. Video çəkilən zaman hamilə olan bu balaca qızcığaz dünən Respublika Klinik Xəstəxanasında qeysəriyyə əməliyyatı edilib. Onun 30-31 həftəlik, 1 kq 900 qramlıq qızı dünyaya gəlib.
Səbuhi Şükürov 11 yaşlı Aysunun doğma əmisidir. Deyir ki, qardaşı 2014-cü ildə rəhmətə gedib. Ondan sonra uşaqların anası Günay balaca Aysun və ondan 1 yaş kiçik qardaşı Emini də götürərək gedir anasıgilə. Ötən ilin dekabr ayından isə Günay Qurban adlı şəxslə qeyri-rəsmi yaşamağa başlayır. Elə nə olursa bundan sonra olur.
Öyrəndik ki,Aysun İmişli Rayonunda yerləşən 1 nömrəli tam orta məktəbin 6-cı sinifində oxuyurmuş. Rayon Təhsil şöbəsinin müdiri Ələmdar Quliyev Xəzər Xəbərə bildirdi ki, ötən il məktəbdə dərslər disdant formada keçirildiyindən Aysundan məlumatları olmayıb. Bu il isə Aysun, demək olar ki, dərslərə qatılmayıb.
Artıq ana olan 11 yaşlı balaca Aysun hazırda Bakıda, Respublika Klinik Xəstəxanasındadır.
Dünyaya gələn körpə isə bu xəstəxananın reanimasiya şöbəsindədir.Təxminən 9 həftə tez doğulan uşağın vəziyyəti orta ağır olaraq qalıq.
Aysunun balaca qardaşı Emin Şükürov isə hazırda ata nənəsi Sənubər Şükürovanın yanındadır.
Bu arada Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən 11 yaşlı ana və körpəsi nəzarətə götürülüb.Dövlət Komitəsindən bildirilib ki, ana və körpəsinin mənafeyinə uyğun zəruri tədbirlər görüləcək.
Baş prokurluqdan "XəzərXəbər"ə verilən məlumata görə faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. Hazırda istintaq davam edir.

Комментарии (0)

Оставить комментарий