16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"YouTube"da nasazlıq: Kanallar və abunəliklər xəbərdarlıq olmadan yoxa çıxır

"YouTube"da nasazlıq: Kanallar və abunəliklər xəbərdarlıq olmadan yoxa çıxır

"YouTube"da ciddi nasazlıq yaranıb. Belə ki, bəzi istifadəçilər kanalların silinməsi, həmçinin ödənişli abunəliklərə girişin itirilməsi ilə üzləşiblər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Google" şirkətinin nümayəndəsi bildirib.

O bunu şirkətin səhvi adlandırıb və vəziyyətin düzələcəyinə əmin edib.

"Kanalların spam və aldatma təcrübələri səbəbindən səhvən silindiyinə dair məlumatlar alırıq. Komandalarımız kanalların bərpası üzərində fəal işləyirlər", - deyə "Google"un nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, "YouTube TV", "YouTube Premium" və "YouTube Music"ə ödənişli abunəliklərə giriş də itib.

"Bu səhvimizə görə çox təəssüf edirik və hər şey həll olunduqda xəbər verəcəyik", - deyə nümayəndə vurğulayıb.

"Google"un nümayəndəsi dəqiqləşdirib ki, kanalın bərpası ilə bəzi materiallar, məsələn, seçilmiş videoların siyahısı (playlist) yoxa çıxa bilər, lakin bu, emal gecikmələri ilə bağlıdır və tezliklə onlar da bərpa olunacaq.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница