16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Meta" süni intellekt sistemi əsasında yeni böyük dil modelini təqdim edib

"Meta" süni intellekt sistemi əsasında yeni böyük dil modelini təqdim edib
"Meta Platforms Inc" kompaniyası tədqiqatçılara yeni süni intellekt sisteminin əsas proqram təminatı çərçivəsində böyük dil modelini təqdim etdiyini açıqlayıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, süni intellekt texnologiya sahəsinə hakim olmaq üçün ictimai rəqabətin geniş vüsət aldığı keçən ilin sonunda "Microsoft" tərəfindən dəstəklənən "OpenAI" və "ChatGPT" proqramları istifadəyə verilib. Açıqlamada deyilir ki, böyük dil modeli "Meta AI" üçün "LLaMA" proqram təminatı qeyri-kommersiya lisenziyası altında tədqiqatçılar, hökumətlər, vətəndaş cəmiyyəti və akademiyalar da daxil olmaqla, əlaqəli qurumlar üçün əlçatan olacaq.
Böyük dil modeli məlumatı ümumiləşdirmək və məzmun yaratmaq üçün böyük həcmdə mətni mənimsəyir, suallara, məsələn, insanlar tərəfindən yazılmış kimi oxuna bilən cümlələrlə cavab verə bilir. "Meta"nın açıqlamasına görə, əvvəlki təkliflərdən daha az hesablama gücü tələb edən model, eyni zamanda, latın və kiril əlifbasından istifadə edənlər üçün 20 dildə versiyalar təqdim edir.
Kompaniyanın baş proqram təminatı üzrə analitiki Gil Luria bildirib ki, "Meta" bugünkü elanı generativ süni intellekt imkanlarını sınaqdan keçirmək üçün bir addım kimi görünür ki, bu yenilik gələcək məhsullarda tətbiq edilə bilər. O əlavə edib: "General AI" tətbiqi süni intellekt sahəsində daha az təcrübəsi olan kompaniya üçün bizneslərin perspektivi baxımından vacib olan amildir. Süni intellekt texnologiya sənayesinə investisiyalar üçün parlaq bir nöqtə kimi ortaya çıxıb. "Meta" kompaniyası "LLaMA" tətbiqi vasitəsi ilə alqoritmin nəzərə aldığı daha çox parametrləri və ya dəyişənləri araşdıran rəqiblərini üstələyə biləcək. Belə ki, bu tətbiqin 13 milyard parametrli versiyası "ChatGPT" modelinin son sələfi olan "GPT-3"dən üstün olacaq. Yeni 65 milyard parametrli "LLaMA" modeli isə "Google"un "Chinchilla70B" və "PaLM-540B" modellərindən daha böyükdür".
"Meta" ötən ilin mayında tədqiqatçılar üçün "BlenderBot" chatbotunun yeni iterasiyasının əsasını təşkil edən böyük dilli "OPT-175B" modelini istifadəyə verib. Kompaniya daha sonra elmi məqalələr yaza və riyaziyyat problemlərini həll edə bilən "Galactica" adlı modeli təqdim edib, lakin bu proqram təminatı uğursuz olub.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница