17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Azərbaycan banklarını soyan moldovalı hakerə ağır cəza

Azərbaycan banklarını soyan moldovalı hakerə ağır cəza
Azərbaycan banklarını soyan moldovalı hakerə ağır cəza


Bakı Ağır Cinayətlər Məhkəməsində Moldova vətəndaşı Petroviç Sergey Aksentiyeviçin CM-nin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 273.4-cü (elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

İttiham aktına əsasən, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvü Petroviç Sergey Aksentiyeviç Azərbaycan hüdudularından kənarda saxlanılıb.

Ötən il dekabrın 30-da o, Azərbaycana ekstradisiya edilib.

Müəyyən edilib ki, Sergey Petroviç bankomatlara kart daxil etmədən 2017-ci ilin 12-15 iyul tarixində 1 milyon 464 min 50 manat məbləğində pul çıxarıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

mənbə: oxu.az

menu Menu game Oyunlar mail Poçt live Live profile Страница