16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

30 apreldən bu telefonlarda "WhatsApp" işləməyəcək - SİYAHI

30 apreldən bu telefonlarda "WhatsApp" işləməyəcək - SİYAHI
30 apreldə bu cihazlar "WhatsApp"la vidalaşır.
AZXEBER.COM xəbər verir ki, mesajlaşma proqramı olan WhatsApp aprelin 30-dan etibarən bəzi cihazlarda fəaliyyətini dayandıracağını açıqlayıb.
Çoxlu istifadəçi sayına malik olan mesajlaşma proqramı WhatsApp indi təkcə əyləncə üçün deyil, həm də biznes üçün istifadə olunur.
Bu səbəbdən bir çox WhatsApp istifadəçilərinin istifadə etdiyi cihazlar indi tətbiqin yeni versiyaları ilə uyğun gəlmir.
Bu vəziyyəti nəzərə alan WhatsApp bəzi əməliyyat sistemlərinin artıq istifadə edilməyəcəyini və bu sistemlə işləyən telefon, planşet, kompüter kimi cihazları dəstəkləyə bilməyəcəklərini bildirərək, istifadəçilərini mütəmadi olaraq cihazlarını və ya əməliyyat sistemlərini yeniləməyə dəvət edir.
Dəyişdirilməli olan cihazları təqdim edirik:
- Android Ice Cream Sandwich əməliyyat sistemi ilə işləyən mobil telefonlar;
- Android 4.1 və daha aşağı əməliyyat sistemi olan cihazlar;
- iOS 10 və ya daha aşağı əməliyyat sistemləri ilə işləyən cihazlar artıq WhatsAppdan istifadə edə bilməyəcək;
Yəni Androidin Apple Pie, Banan Bread, Cupcake 1.5, Donut 1.6, Eclair 2.0, Froyo 2.2, Gingerbread 2.3, Honeycomb 3.0 və Ice Cream Sandwich 4.0 versiyalarından istifadə edənlər WhatsAppla vidalaşacaqlar.
Qeyd edək ki, cihazınızın WhatsApp ilə uyğun gəlmədiyini öyrənmək istəyirsinizsə, bunun üçün parametrlər bölməsinə keçid edib, sistem məlumatı üzərinə klikləyin və oradan cihazınızın xüsusiyyətlərinə baxın.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница