Operativ xəbər portalı!

Dili seçin

Gürcüstanlı futbolçu Fransada ayın ən yaxşı oyunçusu seçilib

Gürcüstanlı futbolçu Fransada ayın ən yaxşı oyunçusu seçilib

Gürcüstanlı futbolçu Fransa çempionatında oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Oxu.Az xəbər verir ki, Liqa 1-də ötən ayın ən yaxşısı adına "Sent-Etyen"in hücumçusu Zuriko Davitaşvili layiq görülüb.

Gürcü forvard ötən ay Fransa çempionatında 5 qol vurub.

Qeyd edək ki, 23 yaşlı hücumçu Gürcüstandan başqa Rusiyada ("Rubin", "Rotor", "Arsenal") çıxış edib. 2022-ci ildən Fransada legioner həyatı yaşayan futbolçu 2 mövsüm "Bordo"nun şərəfini qoruduqdan (67 oyun, 13 qol) sonra, ötən yay "Sent-Etyen"ə transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 11 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.




Яндекс.Метрика MobTop.az