• Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • İdman
  • Hadisə
  • Video
  • Qarabağ
  • Dünya
  • İslam
  • Forum
UEFA Çempionlar Liqası: İkinci oyun gününün ən yaxşı futbolçuları bəlli olub
İdman 2

UEFA Çempionlar Liqası: İkinci oyun gününün ən yaxşı futbolçuları bəlli olub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci oyun günündə keçirilən altı görüşün ən yaxşı futbolçuları bəlli olub.

Oxu.Az xəbər verir ki, "Sparta Praqa" - "Zalzburq" matçının ən yaxşı oyunçusu Filip Panak, "Boloniya" - "Şaxtyor Donetsk" görüşünün ən yaxşısı isə Mikola Matviyenko seçilib.

Gecənin ən məhsuldar görüşü olan "Seltik" - "Slovan Bratislava" qarşılaşmasında fərqlənən futbolçu isə Liam Skeylz olub.

"Klub Brügge" - "Borussiya Dortmund" qarşılaşmasının ən yaxşısı Ceymi Qittens, hesabın açılmadığı "Mançester Siti" - "İnter" görüşünün ən yaxşısı isə Nikolo Barella seçilib.

PSJ - "Jirona" görüşündə fərqlənən futbolçu isə Nunu Mendeş olub.

Qeyd edək ki, qrup mərhələsinin ilk tur oyunlarına bu gün keçiriləcək altı görüşlə yekun vurulacaq. Qarşılaşmalara Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.




Son xəbərlər