16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Amil Yunanov Albaniya klubu ilə yolları ayırıb

Amil Yunanov Albaniya klubu ilə yolları ayırıb

Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanov Albaniyanın "Bilis" klubundan ayrılıb.

Bu barədə "Report"a futbolçu özü məlumat verib.

O, klub tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini bildirib:

"Albaniyaya böyük ümidlərlə getmişdim. Təəssüf ki, bəzən hər şey düşündüyümüz kimi olmur. "Bilis" komandasına yeni keçəndə ilk dəfə əsas heyətdə meydana çıxdım və oynadım. Daha sonra baş məşqçi dəyişikliyi reallaşdı. Nevil Dedenin komandaya gəlişi mənim üçün uğurlu olmadı. Daim ehtiyatda qalırdım. Komandaya yeni transfer olunduğumu, buna görə əsas heyətdə oynamayacağımı bildirdi. Halbuki o özü ilə gətirdiyi başqa bir hücumçuya tez-tez şans verirdi. Belə olan halda mənim orada qalmağımın mənası yox idi".

31 yaşlı oyunçu şəraitin də ürəkaçan olmadığını və bu səbəbdən Bakıya qayıtdığını söyləyib:

"Qalıb oynamaq, komandama kömək etmək istəyirdim. Niyyətim o idi ki, "Bilis"ə əlimdən gələn köməyi göstərim və vuracağım qollarla komandanı irəli daşıyım. Təəssüf ki, şans vermədilər və futbolçu ilə rəftar qaydaları xoşuma gəlmədi. Danışılası söz çoxdur. Amma ehtiyac duymuram".

A.Yunanov transfer vərəqəsinin Albaniya klubunda qaldığını deyib:

"Müqaviləmə xitam verilməyib. İstəyirəm ki, hər şey sülh çərçivəsində həll olunsun. İnşallah, yaxın gələcəkdə hər şey qaydasına düşəcək".

Qeyd edək ki, Amil Yunanov ötən ay "Bilis" klubu ilə birillik müqavilə imzalamışdı.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница