16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Güləşçimiz erməniyə qalib gələrək finala çıxdı

Güləşçimiz erməniyə qalib gələrək finala çıxdı

Azərbaycan güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqramda yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Tural Əhmədov (60 kiloqram) gürcüstanlı Beso Maxaradzeyə 2:1 hesabı ilə qalib gəlsə də, 1/4 finalda isveçli Adam Silverinə (3:4) minimal fərqlə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Tural sabah təsəlliverici görüşdə yunanıstanlı İlias Zairakislə qarşılaşacaq.

Fəraim Mustafayev (67 kiloqram) təsnifat mərhələsində rusiyalı Qrair Oqanesyana 3:5 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Fəraim sabah təsəlliverici görüşdə rumıniyalı İosif Yoneskuyla güləşəcək.

Ruslan Nurullayev (72 kiloqram) yarımfinaladək ukraynalı Maksim Radik, xorvatiyalı Luka İvançiç və finlandiyalı Oliver Pada üzərində 3:1 hesablı qələbə qazanıb. Finalın bir addımlığında litvalı Rokas Çepauskasa 1:5 hesabı ilə uduzaraq, titulunu qoruya bilməyən güləşçimiz ümidini bürünc medala bağlayıb.

İsmayıl Rzayev (82 kiloqram) israilli Omer Barak (8:0), bolqarıstanlı Martin Şişekov (tuş) və xorvatiyalı Antonio Lukaça (9:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəliblər. Həmyerlimiz ermənistanlı Erik Matevosyanla gərgin mübarizə şəraitində keçən yarımfinal qarşılaşmasında da sevinən tərəf olub - 2:1. İsmayıl finalda türkiyəli Alperen Berberlə üz-üzə gələcək.

Mahir Qurbanlı (97 kiloqram) 1/8 finalda polşalı Sebastyan Varxolla bacarmayıb - 2:7.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница