16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azad Rəhimov: "İslam Oyunlarına gələ bilməyən ölkələrin maliyyə problemləri var, çalışırıq ki, onlara da kömək edək"

Azad Rəhimov: "İslam Oyunlarına gələ bilməyən ölkələrin maliyyə problemləri var, çalışırıq ki, onlara da kömək edək"
Azad Rəhimov: "İslam Oyunlarına gələ bilməyən ölkələrin maliyyə problemləri var, çalışırıq ki, onlara da kömək edək"


İslam Oyunları ilə bağlı nəqliyyat sisteminə yekun vurulmalıdır. Bu çox vacib bir sistemdir.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

Nazir bildirib ki, xatırlayırsınızsa, Avropa Oyunlarında çoxlu avtobuslar sifariş olunmuşdu: "İndi biz başqa yollar axtarıb həmin yollarla bu işi həyata keçirməliyik. Artıq bu yollar tapılıb. Daha ucuz və daha əlverişli. Əsas odur ki, idmançılar onlardan tam şəkildə razı qalsın, yarış məkanlarına vaxtında çatdırılsınlar. Bu istiqamətdə işlər aparılır. Aparat tam şəkildə formalaşıb, bütün komplekslərdə avadanlıqlar var, çatmayan avadanlıqlar isə artıq sifariş olunub, hər hansı problem yoxdur".

A.Rəhimov deyib ki, bizim əsas məqsədimiz odur ki, 57 islam ölkəsinin hamısı Bakıda yarışda iştirak etsin, bu rekordu da vuraq: "Artıq 50 ölkədən tam təsdiq cavabı almışıq və onlar yarışlarda iştirak edəcəklər. Qalan 7 ölkə bəzi səbəblərə görə hələ ki gələ bilmirlər, maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu oyunlara cəlb edək".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница