17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

"CV-də təcrübə və bacarıqların vəzifəyə uyğunlaşdırılması mühüm rol oynayır" - İnsan resursları üzrə mütəxəssis

"CV-də təcrübə və bacarıqların vəzifəyə uyğunlaşdırılması mühüm rol oynayır" - İnsan resursları üzrə mütəxəssis

"Müasir əmək bazarında işə qəbul prosesində ilk təəssüratı formalaşdıran əsas amillərdən biri namizədin CV-sidir. Mükəmməl CV sadəcə məlumatların toplusu deyil, həm də namizədin peşəkar imicinin vizit kartıdır".

Bu sözləri insan resursları üzrə mütəxəssis Fatimə Abbasova BiG.AZ-a bildirib.

O qeyd edib ki, CV maksimum 1-2 səhifəlik olmalı, ən vacib məlumatlar ön hissədə qeyd edilməlidir. İşəgötürən uzun mətni oxumaq əvəzinə əsas məqamları qısa və dəqiq görmək istəyir:

"CV-də təcrübə və bacarıqların vəzifəyə uyğunlaşdırılması mühüm rol oynayır. Hər iş üçün eyni CV-ni göndərmək düzgün yanaşma deyil. Namizəd müraciət etdiyi vakansiyanın tələblərinə uyğun olaraq, təcrübəsini və bacarıqlarını xüsusi vurğulamalıdır.

Dil bilikləri, texniki bacarıqlar və şəxsi keyfiyyətlər CV-də mütləq qeyd olunmalıdır. Amma şəxsi məlumatların (ailə vəziyyəti, maraqlar və s.) çox yer tutması məqsədəuyğun sayılmır.
Dizayn sadə və oxunaqlı olmalı, ortaq şriftlərdən istifadə edilməlidir.CV bəzəkli qrafik elementlərlə yüklənməməlidir. Peşəkarlıq, sadəlik və dəqiqlik hər zaman daha çox qiymətləndirilir. Mükəmməl CV qısa, strukturlaşdırılmış, vakansiyaya uyğunlaşdırılmış və vizual baxımdan sadə olmalıdır".




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница