17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Bu tarixlərdə doğulanların ruhu əvvəllər dünyada olub

Bu tarixlərdə doğulanların ruhu əvvəllər dünyada olub

Numeroloqların fikrincə, hər bir insan Yer üzünə müəyyən mənəvi missiya ilə gəlir. Bəzilərinin "gənc ruhu" olur və onlar dünyanı ilk dəfə kəşf edirlər, digərləri isə artıq əvvəlki həyatlardan topladıqları zəngin təcrübəyə malik "köhnə ruh" daşıyırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, belə insanlara aid ola biləcək doğum tarixləri 7, 8, 16 və 26-dır.

7-ci gün

Bu tarix "ruhani" rəqəm hesab olunur. Belə insanlar çox vaxt müdrik məsləhətlər verirlər, bəzən isə gələcəyi hiss etmə və ya yuxuları düzgün yozma qabiliyyətinə malik olurlar.

8-ci gün

Numerologiyada 8 rəqəmi karmanın tarazlığı, köhnə ruhun müdrikliyi, dürüstlük və maddi rifahla əlaqələndirilir. Bu tarixdə doğulanlar güclü xarakterə sahibdir, öz dəyərlərinə sadiq qalırlar. Onların ruhu əvvəl də bu dünyada olub, keçmiş təcrübələr isə indiki həyatda eyni səhvləri təkrarlamamağa kömək edir.

16-cı gün

Belə insanlar çox vaxt lider olur, yüksək emosional zəkaya sahibdirlər. Uşaqlıqdan ətrafdakı insanlar onların yetkinliyini hiss edir və onlara nümunə kimi baxırlar. Onlarla ünsiyyətdə olanlar çox vaxt daxili harmoniya hiss edirlər.

26-cı gün

Bu tarixdə doğulanlar hörmət və nüfuz saçırlar. Çox vaxt başqalarına kömək etmək, təhlükəsiz və rahat mühit yaratmaq istəyirlər. Onlar keçmiş həyatda sağaldıcı və ya şəfa verən rolunda ola biliblər. Numeroloqlar hesab edirlər ki, belə insanlar əvvəlki həyatlarından bəzi şüursuz xatirələri daşıyır və bu, onların indiki həyatda daha müdrik qərarlar verməsinə kömək edir.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница