17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Ev təmizləyən ana və oğlu varlandı

Ev təmizləyən ana və oğlu varlandı

ABŞ-ın Merilend ştatında yaşayan bir kişi anasına mebelləri yerbəyer etməkdə kömək edərkən təsadüfən lotereya biletləri gizlədilmiş bir yer tapıb.


Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu biletlərdən biri ona 50 min dollar qazandırıb.


Nottinqem şəhərində yaşayan kişi evdə köhnə lotereya biletlərindən ibarət bir dəstə aşkar edib. Həmin biletlər vaxtilə sadəcə ehtiyat üçün toplanmışdı. O, bu anı xatırlayaraq bildirib ki, bir neçə bileti anasına yoxlamağı təklif edib və onlardan bəxtlərini sınamaq üçün istifadə edə biləcəklərini soruşub. Anası etiraz etməyib və biletləri evə aparmasına icazə verib. Onlar razılaşıblar ki, mümkün uduşlar yarıbayarı bölünəcək.


Biletlər yoxlanılıb: biri 6 dollar, digəri 15 dollar udub, lakin üçüncüsü - 5 dollara alınmış Holiday Luck Doubler - gözlənilmədən 50 min dollar qazandırıb. Udduqdan sonra kişi vədinə sadiq qalaraq uduşu anası ilə bölüşüb.


O qeyd edib ki, öz payını ev almaq üçün yığıma və borcların, o cümlədən anasına olan borcun ödənilməsinə sərf edəcək. Sonda isə uduşun böyük hissəsinin anasına qalacağını əlavə edib.



menu Menu game Oyunlar mail Poçt live Live profile Страница