16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qız qalası ətrafında səkiləri zəbt edən sürücülər və NƏZARƏTSİZLİK

Qız qalası ətrafında səkiləri zəbt edən sürücülər və NƏZARƏTSİZLİK

Bakı şəhərində tez-tez rast gəlinən problemlərdən biri də avtomobillərin səkilərdə park olunmasıdır.


Oxu.Az xəbər verir ki, şəhərin tam mərkəzində, Qız qalasının qarşısında piyadaların rahat hərəkəti üçün nəzərdə tutulan geniş səkini taksi sürücülərinin zəbt etməsi sosial şəbəkədə müzakirə mövzusu olub.


Qeyd olunub ki, şəhər sakinləri və turistlər həmin avtomobillərin arasından çətinliklə keçib getməli olurlar.


"Neçə illərdir ki, vəziyyət belədir və bu barədə bir tədbir görən yoxdur", - deyə şikayətçi yazıb.

Qız qalası ətrafında səkiləri zəbt edən sürücülər və NƏZARƏTSİZLİK

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, sözügedən ərazidə piyadaların hərəkətinə mane olan sürücülər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

"Qeyd etmək istərdim ki, BŞDYP əməkdaşları tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər səkilərdə nəqliyyat vasitələrini saxlayaraq piyadaların hərəkətinə maneə yaradırlar. Belə hal aşkarlandığı təqdirdə həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı, 60 manat cərimə məbləği tətbiq olunur.

Bir daha sürücülərdən xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Əks halda barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək", - deyə T.Nəsirli vurğulayıb.

Əzizə İsmayılova



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница