16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün imtahan keçirləcək

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün imtahan keçirləcək

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə 10 oktyabr 2024-cü il tarixində prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 309 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüter vasitəsilə elektron qaydada keçiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahan saat 10:00-da başlayacaq. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks olunub. Namizədlərin "Yaddaş kitabçası" (yüklə) ilə tanış olmaları zəruridir.

Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница