16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Xəyanət üstündə boşanan qadın niyə sonradan evli kşi ilə bərabər olur?

Xəyanət üstündə boşanan qadın niyə sonradan evli kşi ilə bərabər olur?

Ailə, nigah münasibətləri bir qadın və bir kişinin könüllüolaraq birgə yaşayışa razılıq verməsi və vəfa, sədaqət andı içməsi ilə başlar. Ailədə xəyanət çox ciddi psixoloji travma yaradaraq ailənin dağılmasını şərtləndirən bir problemdir.

Bəs xəyanət üstündə boşanan qadın niyə sonradan evli kişi ilə bərabər olur?

Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirdi ki, bu əslində geniş və çox diqqət tələb edən mövzudur. Məsələnin kökündə duran səbəb insanın aldığı travmayla ya da onun xarakteri ilə əlaqəlidir:

"İnsan həyatında yaşadıqlarının nəticəsindən irəli gələrək hər hansı bir məsələdə qərar verir. Qadın var ki, xəyanət prosesində çox alçaldılır və bu alçaldılma onda olan eqaizmin qidalanmasına səbəb yaradır. Burda isə iki problem əsas götürülür, özünə güvənsizlik və iradəsizlik.

Xəyanət üstündə boşanan qadın niyə sonradan evli kşi ilə bərabər olur?

Bu cür qadınlar evli kişi ilə münasibət quranda daxilində özü-özünə təsəlli verərək mən yaxşıyam ki, bu adam mənimlə birlikdedir deyir. Keçmiş əri tərəfindən ona qarşı edilən alçaldıcı münasibəti, həyatına daxil olduğu evli kişinin sevgisi ilə basdırır. Beləliklə, o özünə olan güvəni bərpa edir, özünü qadın kimi hiss edir. Qadının yaşadığı bu problemin günahı əslində onun keçmiş həyat yoldaşındadır. Bu psixoloji vəziyyətin fonunda qadının evli bir kişi ilə münasibəti başlayır.

Gəlin məsələyə daha başqa bir yöndən baxaq. Qadın evli kişiyə aşıq ola bilər. Çünki atalarımız deyib ki, qadın nə qədər ağıllı olsa da, aşiq olduğu zaman gözləri kor olur. Bu vəziyyətdə qadın həyatında olan kişini çox sevdiyindən onu itirməmək üçün bölüşməyə hazırdır.

Fərqanə Mehmanqızı qeyd etdi ki, 3-cü bir tərəfdən məsələyə nəzər yetirdikdə belə bir məznərə görür ki, qadın həyatında bir kişinin olmasını istəyir. Onun evli olub, ya olmaması fərq etmir:

"Bu gün təəssüflər olsun ki, elə ailələr var ki, orda qadın və kişi ər-arvad deyil, uşaqlarının travma almaması üçün dost kimi birgə yaşayırlar. Belə ailəli kişilərlə münasibətdə olan qadınlar da var. Onlar bu vəziyyətdən xəbərdardır. Və artıq qəbul edib.

Evli şikilərlə həyat sürən qadınlarla birgə evli qadınlarla bərabər olan kişiləri də bu məsələdə unutmamalıyıq. Onların da psixoloji vəziyyəti araşdırılacaq mövzudur. Bəs kişilər hansı səbəblə evli qadınlarla ünsiyyət qoruyub, daxili eqoizimlərini qidalandırmağa çalışırlar? Bu cür qeyri-leqal münasibətlərdə əsas olan qadın və ya kişi yox, insan faktorudur.

Hər bir insanın öz qaydaları və prinsipləri var. Düşünürəm ki, bu işin kökündə insanın sevilmə arzusu, dəyər görmə istəyi, ən əsas da daxili eqoizmini qidalandırmaq dayanır. İnsanlar bu cür münasibət quraraq ruhi sağlamlıqlarını qorumağa çalışırlar".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница