16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda göz rəngini dəyişmək neçəyə başa gəlir

Azərbaycanda göz rəngini dəyişmək neçəyə başa gəlir

Azərbaycanlılar estetik əməliyyatlara böyük maraqla yanaşırlar. Təkcə məşhurlar yox, elə əhalinin bütün təbəqələrindən olan insanlar bədənşəkiləndirmə, burun kiçiltmə, üzgərdirmə əməliyyatlarına həvəslə gedirlər. Mən hələ başa tük əkdirmələri, implant dişləri, silikon sinə və "popo"ları, üz çevrəsini dolqu ilə gəncləşdirməyi, müxtəlif tatu, botoks, lazer prosedurlarını demirəm. Gənclik və gözəllik nə qədər bahalı olsa da, alıcısı mütləq var.

Dünyada tətbiqinə yeni başlanılan və dərhal Azərbaycanda populyarlaşan əməliyyatlardan biri də göz rəngnin əəliyyatla dəyişməsidir. Bəs bu əməliyyat neçəyədir?

Lent.az-ın əldə etdiyi məlumata görə, görmə üçün böyük risk daşıyan, göz piqmentinə tətbiq edilməklə aparılan bu əməliyyatın qiyməti Azərbaycanda 9000 manatdır.

Göz rəngini pasiyent özü seçir. Göy, mavi, boz, yaşıl, kəhrəba, bal, ala, firuzəyi, bənövşəyi kimi rəngləri seçmək olur. Rəng seçimindən asılı olaraq, əməliyyatın qiyməti 2000 manat artır. 40 dəqiqə sürən prosedur yerli keyitmə ilə ağrısız başa çatır. Bu əməliyyatın geri dönüşü yoxdur. Əvvəlki göz rənginə qayıtmaq mümkün deyil.

Azərbaycanlı məşhurlardan Nanə Ağamalıyeva və Mətanət Əliverdiyeva qəhvəyi rəngli göz rənglərini əməliyyatla mavi rəngə çeviriblər.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница