16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır

Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır

Bakıda özəl klinikaların birində cərrahi əməliyyat olunan 67 yaşlı kişi bir neçə saat sonra həyatını itirib.

Ailəsinin "Xəzər Xəbər"ə bildirdiyinə görə, iki gün əvvəl Şirvan Seyidəli oğlu Bayramov aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu ilə "Baku City Hospital"a yerləşdirilib. Elə həmin gün xəstəyə Angioplastika əməliyyatı icra olunub.

Həyat yoldaşı Tamella Bayramova bildirib ki, bir gün sonra onlara Şirvan Bayramovun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat verilib. Ailə hospitala çatdıqda onun keçindiyini bildiriblər.

T. Bayramova iddia edir ki, 10 gündən sonra özünü gümrah hiss edən Şirvan Bayramov həkimin təkidi ilə ikinci əməliyyata cəlb olunub. Onun sözlərinə görə, həyat yoldaşı ikinci əməliyyatdan əvvəl yenidən müayinə olunmayıb. Buna görə də ailəsi iddia edir ki, ölümün səbəbi həkim səhlənkarlığının nəticəsidir.

Məsələ ilə bağlı "Baku City Hospital"dan bildirilib ki, cərrah Ruslan Əliyev iclasda olduğu üçün danışa bilməyəcək. O da vurğulanıb ki, Şirvan Bayramovun ölüm səbəbi əməliyyatdan sonra ürək ritminin bərpa edilə bilməməsi olub.

Baş prokurorluqdan isə bildirilib ki, ailəsi Şirvan Bayramovun ölümü ilə bağlı prokurorluq orqanlarına müraciət etməyib.

Ətraflı süjetdə:




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница