Cəmiyyət

Bu il ölkə üzrə 29 mindən çox heyvan dişləməsi qeydə alınıb

Поделиться:

Azərbaycanda 2024-cü ilin ötən dövrü ərzində 29 489 heyvan dişləməsi qeydə alınıb.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifələrini icra edən Aytəkin Qurbanova deyib.

O bildirib ki, bunlardan 16 334 hadisə məlum heyvanlar (it, pişik), 13 155 hadisə naməlum heyvanlar (it, pişik, siçovul) tərəfindən olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin keçən dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 800 nəfər azalıb.

Mütəxəssisin sözlərinə görə, heyvan dişləməsinə məruz qalanların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var.

A.Qurbanova qeyd edib ki, 2024-cü ilin müvafiq dövrü ərzində quduzluq hadisəsi qeydə alınmayıb.


Təqvim

«    sentyabr 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlərə abunə olun!
Мы не спамим
Яндекс.Метрика