16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Minimum əməkhaqqı bu qədər ARTACAQ

Minimum əməkhaqqı bu qədər ARTACAQ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün çıxışında sosial təminatın gücləndirilməsi ilə bağlı vacib mesajları təqdim etdi. O cümlədən, son illər minimum əməkhaqqı və minimum pensiyadakı artımlar və bu kontekstdən növbəti ildən etibarən minimum pensiya və minimum əməkhaqqında artımların olacağını bildirdi.

Bəs minimum əməkhaqqı və minumum pensiyada nə qədər artım olacağı ehtimal edilir? Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Azərbaycanda minimum pensiya və əməkhaqqı ən son 2023-cü ilin yanvarın 1-dən artırılıb:

"2024-cü ildə bu artım olmadı. 2023-cu il yanvarın 1-dən ölkədə inflyasiya səviyyəsi müşahidə edilir. Xüsusilə sabit əməkhaqqı alan şəxslərin gəlirləri, alıcılıq qabiliyyəti aşağı düşüb. Burada nüans ondan ibarətdir ki, 2023-cü ildə ümumi inflyasiya səviyyəsi 8.8 oldu. Bu il inflyasiya 4-5 faiz arası gözlənilir. Buna görə də hökumətin minimum pensiya və əməkhaqqının artırılması ilə bağlı qərarı minimum 10 faiz, maksimum isə 15 faiz olacaq".

Ekspertin sözlərinə görə, İnflyasiyalar ilə əlaqədar qiymətlərdə 13 faiz artım görürük:

"Buna görə də hökumət imkanlarını nəzərdən keçirəcək. Minimum əməkhaqqı ilə bağlı qərar hətta özəl sektora şamil edilir. Daha yüksək artım ölkədə inflyasiya səviyyəsini sürətləndirə bilər. İndiki məqamda 10-15 faizlik bir artım proqnozlaşdırıram. Büdcə paketi ilə birlikdə bir sıra məsələyə baxılacaq. Minimum əməkhaqqının 15 faizdən yuxarı arıtırılması özəl sektorun yükünü ağırlaşdır bilər. Bu baxımdan hökumət standartları yaxşı təyin edir və tətbiq edir. Bu il qiymətlərdə dəyişikərin edilməsi ən çox müzakirə olunan mövzulardan biridir. Yanvarın 1-dən minimum əməkhaqqı artırılacaq və ilin sonlarından müəyyən qiymət təyin olunacaq. Hazırda minimum əməkhaqqının mövcud məbləği 345 manatdır. Bu baxımdan əməkhaqqı isə 15 faizi keçməyəcək bir rəqəmlə artırıla bilər".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница