16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb

Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 monitorinq həyata keçirilib və 3 104 pozuntu halı aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, aşkar edilən pozuntu hallarından 5-i dənizin 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı olub. Müəyyən edilən pozuntu halları üzrə aidiyyəti sənədlər tədbir görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib.

Cari ayda aparılan monitorinqlər zamanı isə Bakının Səbail rayonunun, Namiq Quliyev küçəsində yerləşən "Şəfa" balıq evi və hasar qonşusu vətəndaş Rəcəb Abbasov tərəfindən Xəzər dənizinin mühafizə zolağına düşən ərazilərin zəbt olunduğu və hasarın çəkildiyi faktı aşkar edilib.

Qanunvericiliyin tələblərini təmin etmək məqsədilə görülmüş tədbirlər nəticəsində zəbt olunan ərazidə hasarların biri tam sökülüb, digərinin isə obyektin sahibi tərəfindən demontajına başlanılıb.

Qeyd edilir ki, torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq qanunvericiliyə uyğun olaraq Xidmət torpaqların səmərəsiz istifadəsinə və özbaşına zəbt olunmasına qarşı nəzarət tədbirləri həyata keçirir. Xidmət tərəfindən ölkə ərazisində torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları, o cümlədən Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı monitorinqlər aparılır.

Xatırladaq ki, Torpaq Məcəlləsinin tələblərinə əsasən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında yerləşən torpaq sahələri dövlətin müstəsna mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz. Yalnız dövlət məqsədləri üçün Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Məcəlləyə əsasən istifadəyə və ya icarəyə verilən torpaq sahələri İqtisadiyyat Nazirliyinin Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница