16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Maşınların ön şüşəsinə vurulan disklər radardan qoruyur? - Mütəxəssis CD-lərin faydasından danışdı

Maşınların ön şüşəsinə vurulan disklər radardan qoruyur? - Mütəxəssis CD-lərin faydasından danışdı

Yollarda hələ də qeyri-adi tüninqli avtomobillərə rast gəlmək olar. Belə ki, maşınların ön şüşəsinin altında tərsinə çevrilmiş kompakt disklər (CD) görünür. Sürücülərin bəzisi bunu CD-lərin antiradar xüsusiyyəti ilə izah edir.

Oxu.Az-ın verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi naavtotrasse.ru portalına müsahibəsində bununla bağlı açıqlama verib.

O, bəzi avtomobil həvəskarlarının adi kompakt disklərin maşınlarını DYP müfəttişlərinin əl radarları üçün görünməz edə biləcəyinə dair mifə inandıqlarını təsdiqləyib.

"Guya belə özəl antiradarla sürəti rahatca aşmaq və yolda cərimələnməkdən qorxmamaq olar. Ancaq bu şəhər əfsanəsindən başqa bir şey deyil. Yoldakı radarları CD disklərlə aldatmaq mümkün deyil", - deyə o izah edib.

Bununla belə, mütəxəssis avtomobilin ön şüşəsinə qoyulan disklərin başqa faydasının olduğunu vurğulayıb. Onun sözlərinə görə, kompakt disklər radarlara qarşı heç bir müdafiə verməsə də, günəş şüalarını əks etdirməsinə görə faydalıdır - uzaq məsafələr qət edən sürücülər məhz CD-lərin bu xüsusiyyətlərindən yararlanırlar.

"Uzun müddət sükan arxasında olan yük maşını sürücüləri göz qamaşdıran günəşdən əziyyət çəkirlər. Gözlərini qorumaq üçün onlar kompakt diskləri ön şüşənin altına günəşdən qoruyan günlük kimi yapışdırırlar. Bu estetik görünməsə də, öz funksiyasını yerinə yetirir", - deyə mütəxəssis bildirib.

Maşınların ön şüşəsinə vurulan disklər radardan qoruyur? - Mütəxəssis CD-lərin faydasından danışdı



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница