16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İşçilərin təhlükəsizliyini təmin etməyən işəgötürənlər: Qurum niyə hərəkətə keçmir?

İşçilərin təhlükəsizliyini təmin etməyən işəgötürənlər: Qurum niyə hərəkətə keçmir?

Hər il dünyada istehsalatda baş verən qəzalar səbəbindən yüzlərlə insan əmək qabiliyyətini və ya həyatını itirir. Bu səbəbdən onların iş geyimi və dəbilqə ilə təmin olunması mütləqdir.

Lakin təəssüf ki, bir çox işəgötürən tərəfindən onların təhlükəsizliyinin təmin edilmədiyinin şahidi oluruq. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə istehsalatda bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirən və ölənlərin sayı 454 nəfərdir.

Təhlükəsizlik ekspertləri bildirirlər ki, çox zaman işəgötürənlər əlavə vəsait xərcləməmək üçün işçiləri istehsalatda lazım olan vasitələrlə təmin etmirlər. Əmək mühafizə qaydalarını pozan işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən, qanun qarşısında cavabdehlik daşıyırlar.

Vəkil Mircavid Miriyev bildirib ki, həmin müəssisələr Əmək Müfəttişliyi tərəfindən 500 manatdan 1000 manatadək miqdarda cərimə edilir:

"Bu qayda pozuntusu nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulması halı baş verərsə, bu zaman 1000 manatdan 1500 manata qədər miqdarda cərimə tətbiq edilir. Əgər nəzərdə tutulmuş əməl zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olubsa, bu zaman 1500 manatdan 2000 manatadək miqdarda cərimə tətbiq edilir. Ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olarsa, o zaman həmin şəxslər 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar".

Ətraflı Baku TV-nin süjetində:




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница