16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı daha bir qurumdan AÇIQLAMA

Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı daha bir qurumdan AÇIQLAMA

Meymunçiçəyi çox nadir hallarda rastlanılan zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. "Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür.

Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir.

Azərbaycan ərazisində bu günədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur", - deyə məlumatda qeyd edilib.

Bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib.

Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub.

Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.

"Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.

Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница